Rusiya Hərbi Dəniz Qüvvələri təyyarə parkını modernləşdirir
Rusiya Hərbi Dəniz Qüvvələri 2013-cü ildən uzaqmənzilli MiQ-29K/KUB qırıcıları ilə təmin olunacaq.
“AzeriDefence”nin məlumatına görə, gəmi tərki üçün nəzərdə tutulan bu qırıcıların dəniz qüvvələrində silahlanmaya tam verilməsi prosesi 2015-ci ildə yekunlaşacaq. Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, təyyarələr dəniz qüvvələrinə verilməzdən əvvəl pilotlar üçün xüsusi təlimlər keçiriləcək.
Məlumat da o da bildirilib ki, Rusiya Müdafiə Nazirliyi ilə “MiQ” Təyyarətikinti Korporasiyası arasında imzalanan sazişə əsasən şirkət Hərbi Dəniz Qüvvələrinə 20 ədəd MiQ-29K/K və 4 ədəd MiQ-29K/KUB qırıcıları verəcək. Bu təyyarələr isə Şimal Dəniz Qüvvələrinin “Admiral Kuzneçov” aviadaşıyıcı gəmisinin silahlanmasına daxil ediləcək.
KATEQORIYA: Aerospace