Rusiya insansız katerlərin kütləvi istehsalına başlamaq üçün hazırdır
KMZ hərbi-sənaye holdinqi Rusiyada ilk insansız katerlərin kütləvi istehsalına başlamaq üçün hazırdır.
“Poliqon” xəbər verir ki, bu barədə KMZ-nin baş direktoru Mixail Danilenko “RİA Novosti”yə bildirib.
Bu ildən etibarən KMZ holdinqinin Rusiya Müdafiə Nazirliyi üçün insansız katerlərin kütləvi istehsalına başlamalı olduğunu söyləyən M.Danilenko vurğulayıb ki, sözügedən insansız katerlərin ilk pilot partiyası artıq Şimal Hərbi Dairəsinin zonasında sınaqdan keçirilir.
Onun sözlərinə görə, sınaqların nəticələri müsbət olarsa, insansız katerlərin seriyalı istehsalına başlanılacaq.
Qeyd edək ki, istehsal olunacaq ilk insansız katerlər “Oduvançik” BBKN (“Одуванчик” ББКН) adlanacaq. Onların sürəti 80 km/saata qədər, əməliyyat məsafəsi 200 km-dan çox və partlayıcı maddə daşımaq bacarığı 600 kq olacaq.