Rusiya “İsgəndər-E” əməliyyat-taktiki raket kompleksini Ər-Riyadda sərgiləyəcək

Rusiya “İsgəndər-E” əməliyyat-taktiki raket kompleksini Ər-Riyadda sərgiləyəcək

Rusiyanın “Rostex” Dövlət Korporasiyası 4-8 fevral tarixlərində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək 2-ci “World Defense Show” (WDS-2024) sərgisində 100-dən çox silah sistemi nümayiş etdirəcək.

“Poliqon” “Rostex” Dövlət Korporasiyasına istinadən xəbər verir ki, sərgidə nümayiş etdiriləcək məhsullar sırasında döyüş və nəqliyyat təyyarələri, zirehli texnika, pilotsuz uçuş aparatları, dəqiq idarə olunan hərbi sursatlar, atıcı silahlar və digər hərbi sistemlər yer alacaq.

“Rostex”in WDS-2024-də sərgiləcəyi məhsullar:

  • İl-76MD-90A hərbi nəqliyyat təyyarəsi;
  • BMP-3 piyada döyüş maşını;
  • T-90MS əsas döyüş tankı;
  • “Pantsir-S1M” zenit raket-top kompleksi;
  • “İsgəndər-E” əməliyyat-taktiki raket kompleksini;
  • “Kornet” tank əleyhinə raket kompleksi;
  • 155 mm-lik “Krasnopol-M2” idarə olunan artilleriya mərmisi;
  • MRO-A “Borodach” kiçik ölçülü reaktiv odsaçan silah sistemi;
  • AK-12, AK-15, AK-19 və AK-308 avtomatları;
  • AK-200 seriyasına daxil olan avtomatlar;
  • PPK-20 tapança-pulemyotu;
  • “Çukavin” snayper tüfəngi və s.
CATEGORIES
TAGS