
Rusiya Ordusu T-14 “Armata” tankının eksperimental partiyasını təhvil alıb
“Rostex” Dövlət Korporasiyası Rusiya Müdafiə Nazirliyinə müasir T-14 “Armata” tankının eksperimental partiyasını təhvil verib.
“Poliqon” xəbər verir ki, bu barədə “Rostex” Dövlət Korporasiyasının baş direktorunun birinci müavini Vladimir Artyakov açıqlama verib.
Üçüncü nəsl T-14 “Armata” tankı düşmənlə birbaşa təmasda döyüş aparmaq, habelə sığınacaqlarda və açıq ərazilərdə yerləşən düşmənin canlı qüvvələrini və istehkamlarını məhv etmək üçün nəzərdə tutulub.
Rizvan Fikrətoğlu
CATEGORIES Xəbərlər