Rusiya ordusunun itkiləri açıqlanıb

Rusiya ordusunun itkiləri açıqlanıb

Ukrayna Müdafiə Nazirliyi döyüşlərdə Rusiya Silahlı Qüvvələrinin məhv edilən silah və texnikalarının, eləcə də həlak olan hərbi qulluqçularının sayını açıqlayıb.

“Poliqon” Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 24-dən bu günədək Ukrayna Ordusu Rusiya Silahlı Qüvvələrinin 29 təyyarəsini, 29 helikopterini, 198 tankını, 846 zirehli texnikasını, 74 topunu, 305 hərbi avtomobilini, 77 artilleriya qurğusunu, 3 pilotsuz uçuş aparatını, 1 “Buk” ZRK-sini, 7 hava hücumundan müdafiə sistemini, 24 yayılım atəşli reaktiv sistemini, 60 yanacaq sisternini və 2 gəmi/qayığını məhv edib.

Bildirilib ki, indiyədək Rusiya Ordusunun 5710-dan çox hərbiçisi öldürülüb və 200 nəfər hərbçisi əsir götürülüb.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS