Xəbərlər

Rusiya ordusunun yeni ələ keçirdiyi yaşayış məntəqələri – SİYAHI

Rusiya silahlı qüvvələri Ukraynanın Starobelsk və Svatovo yaşayış məntəqələri üzərində nəzarəti ələ keçirib.

“Poliqon” xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmisi general-mayor İqor Konaşenkov deyib.

Onun sözlərinə görə, Rusiya ordusu xüsusi hərbi əməliyyat başlayandan indiyədək bu istiqamətdə 75 km irəliləyib.

“Qoşunlarımız Ukraynanın Kalinovka, Lebedinskoye, Pionerskoye, Karl Marks, Nikolaevka və Osipenko yaşayış məntəqələri üzərində də nəzarəti təmin edib. Rusiya ordusu əməliyyat başlayandan bəri bu istiqamətdə 58 km irəliləyib”, – deyə Rusiya Müdafiə Nazirliyinin rəsmisi vurğulayıb.

Məlumatda Rusiya Silahlı Qüvvələrinin bölmələrinin Xerson vilayətinin mərkəzini tam nəzarətə götürdüyü də qeyd olunub.

Back to top button