
S-400 “Triumf” zenit-raket komplekslərinin Hindistana satılması məsələsinə aydınlıq gətirilib.
“AzeriDefence”nin məlumatına görə, Rusiyanın “Rostex” dövlət şirkətinin beynəlxalq əməkdaşlıq üzrə direktoru Viktor Kladov deyib ki, S-400 “Triumf” zenit-raket komplekslərinin Hindistana ixracı ilə bağlı saziş ilin sonuna qədər imzalanacaq.
Onun sözlərinə görə, məhsulun Hindistana təhvil verilməsi barədə isə indidən danışmaq məqsəduyğun deyil. Bu S-400-ü istehsal edən “Almaz-Anteya” şirkətinin iş prosesindən asılı olacaq.
V.Kladov deyib ki, satınalma ilə bağlı imzalanmadan sonra yaxın 2-3 il ərzində S-400-lərin Hindistana ixracına başlanıla bilər.



