SərgilərXəbərlər

Rusiya “Serp-VS6” sistemini ilk dəfə WDS-2024-də nümayiş etdirəcək

Rusiyanın “Roselektronika” holdinqi “Serp-VS6” antidron sistemini ilk dəfə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək 2-ci “World Defense Show” (WDS-2024) sərgisində nümayiş etdirəcək.

“Poliqon” “Roselektronika”ya istinadən xəbər verir ki, “Serp” antidron sistemləri ailəsinə daxil olan “Serp-VS6” holdinqin “Vektor” Elmi-Tədqiqat İnstitutu tərəfindən hazırlanıb.

Yeni “Serp-VS6” antidron sistemi obyektləri həm tək, həm də sürü halında fəaliyyət göstərən dronlardan qorumağa qadirdir. Sistem birbaşa radio görünmə şəraitində bir neçə PUA-nı eyni vaxtda 5 km-ə qədər məsafədə basdıra və 90 dərəcə azimut sektorlarında işləyə bilər.

“Serp-VS6”nın radio monitorinq avadanlığı idarəetmə siqnalları ilə dron və onun operatorunu müəyyən etməyə imkan verir. Antidron sisteminin passiv rejimdə işləməsi onu digər radio avadanlıqları üçün görünməz edir.

Back to top button