Rusiya Su-57 döyüş təyyarələrinin istehsalını artıracaq
Rusiyanın “Birləşmiş Aviasiya Korporasiyası” beşinci nəsil Su-57 döyüş təyyarələrinin istehsalını artıracaq.
Bu barədə “Poliqon” “Birləşmiş Aviasiya Korporasiyası”na istinadən xəbər verib.
Bildirilib ki, Su-57-lərin istehsalını artırmaq üçün “Birləşmiş Aviasiya Korporasiyası”nın KnAAZ aviasiya zavodunda yeni müəssisə istifadəyə verilib.
Yeni müəssisə ilə bağlı fikirlərini bölüşən KnAAZ aviasiya zavodunun direktoru Aleksandr Pekarş, növbəti mərhələdə görüləcək işlərdən danışıb: “Bizim vəzifəmiz bu müəssisənin mümkün qədər tez istifadəyə verməkdir, çünki növbəti mərhələdə təyyarə sistemlərinin sınaqdan keçirilməsi üçün mövcud anqarın yenidən qurulması planlaşdırılır. Həmçinin müəssisənin imkanlarının daha da genişləndirilməsi nəzərdə tutulur”.
A.Pekarş vurğulayıb ki, KnAAZ-ın yeni müəssisələri Rusiya Müdafiə Nazirliyinin sifariş etdiyi təyyarələrin istehsalı prosesini texnoloji cəhətdən daha təkmil və səmərəli edəcək.