Rusiya sülhməramlıları Kəlbəcərin təhvil verilməsində iştirak ediblər

Rusiya sülhməramlıları Kəlbəcərin təhvil verilməsində iştirak ediblər

Rusiya sülhməramlıları Kəlbəcər rayonunun köçürülməsi zamanı üçtərəfli razılaşmanın icrasına nəzarəti təmin ediblər.

Bu barədə “Azeri Defence” Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Məlumatda bildirilib ki, Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları, Kəlbəcər rayonunun köçürülməsi zamanı üçtərəfli razılaşmanın şərtlərini yerinə yetirərkən, mülki əhalinin təhlükəsizliyini və tayonun mütəşəkkil köçürülməsini təmin ediblər.

“25 noyabr saat 00:00-dan etibarən Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında Rusiya, Azərbaycan Prezidentlərinin və Ermənistan Baş nazirinin üçtərəfli bəyanatına uyğun olaraq, Qarabağın Kəlbəcər rayonunun Azərbaycan tərəfinə təhvil verilməsinə başlanılıb”, – deyə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilib.

CATEGORIES
TAGS