Rusiya Tacikistandakı hərbi bazasını ağır piyada silahları ilə gücləndirib

Rusiya Tacikistandakı hərbi bazasını ağır piyada silahları ilə gücləndirib

Rusiya Tacikistandakı 201-ci “Jukov” ordenli iki dəfə “Qırmızı Bayraqlı Qatchina” hərbi bazasının döyüş qabiliyyətini artırmaq üçün 12,7 mm-lik NSV “Utyos” iri çaplı pulemyotları ilə təchiz edib.

“Poliqon” xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, 12,7 mm çaplı NSV “Utyos” pulemyotu düşmənin canlı qüvvəsini, yüngül zirehli hədəfləri, möhkəmləndirilmiş atəş nöqtələrini və hava vasitələrini məhv etmək üçün təyin edilib.

NSV “Utyos” pulemyotu, universal üçayaq dəzgah üzərində və uzunmüddətli atəş qurğularının mazğallarında quraşdırıla bilir. Dəzgah üzərindəki pulemyotun unikallığı onun eyni vaxtda həm yerüstü, həm də hava hədəflərinə istifadə edilməsi imkanındadır.

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin Mərkəz Hərbi Dairəsinin tərkibinə daxil olan Tacikistandakı 201-ci hərbi baza öz ölkəsinin hüdudlarından kənarda yerləşən ən böyük hərbi obyektdir. Baza iki şəhərdə – Düşənbə və Boxtarda yerləşir. Bazanın tərkibinə motoatıcı, tank, artilleriya, kəşfiyyat, hava hücumundan müdafiə, rabitə, radiasiya, kimyəvi və bioloji müdafiə bölmələri daxildir.

Xatırladaq ki, Rusiya Silahlı Qüvvələrinin Mərkəz Hərbi Dairəsinin mətbuat xidməti cari ilin 24 avqust tarixində Tacikistandakı 201-ci bazanın “Kornet” tank əleyhinə idarə olunan raket kompleksləri ilə gücləndirilməsi barədə məlumat yayıb.

Bundan başqa, 1 sentyabr tarixində “İzvestiya” qəzeti Rusiya Federasiyası Silahlı Qüvvələrinin Quru Qoşunlarının 49-cu Ümumüoşun Ordusunun tərkibinə daxil olan və Gürcüstanın Abxaziya bölgəsində yerləşən 7-ci hərbi bazanın yenidən silahlandırılacağı barədə xəbər verib. Həmçinin bax: Rusiyanın Abxaziyadakı 7-ci hərbi bazası yenidən silahlandırılacaq

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES