Rusiya Türkiyənin döyüş təyyarəsinin yaradılmasında iştirak edə bilər
Moskva və Ankara arasında Rusiyanın 5-ci nəsil Türkiyə döyüş təyyarəsinin yaradılmasında iştirakı ilə bağlı danışıqlar aparılır.
“Poliqon” xəbər verir ki, bunu Rusiya Hərbi Texniki Əməkdaşlıq Federal Xidmətinin direktoru Dmitri Şuqayev BƏƏ-də keçirilən “Dubai Airshow-2021” sərgisində jurnalistlərə açıqlamasında bildirib.
Dmitri Şuqayev qeyd edib ki, sözügedən layihə ilə bağlı hazırda danışıqlar mərhələsindədirlər: “Rusiya 5-ci nəsil qırıcının yaradılması məsələsində Türkiyəyə kömək etməyə hazır olduğunu dəfələrlə bildirib”.
CATEGORIES Xəbərlər