Xəbərlər

Rusiya-Ukrayna müharibəsinin iyirmi dördüncü günü – XRONİKA

Rusiya Silahlı Qüvvələri tərəfindən Ukraynaya qarşı başladılan genişmiqyaslı müharibə Ukrayna şəhərlərinin, hərbi obyektlərinin dağıdılması və Ukraynanın müdafiə olunması ilə davam edir. Rusiya silahlı qüvvələri Ukraynanın hərbi infrastrukturuna, hava limanlarına, xəstəxanalarına və mülki obyektlərinə hücum edir. Bəzi istiqamətlərdə Ukrayna silahlı qüvvələri əks-hücuma keçir. Ukrayna müqavimət göstərir və dəstək qazanır, dünya Rusiyanı təcrid edir.

“Poliqon” rəsmi məlumatlara əsasən, Rusiya-Ukrayna müharibəsinin iyirmi dördüncü gününün xronikasını təqdim edir.

– Ukrayna Silahlı Qüvvələri martın 19-da Rusiya ordusunun zəif manevr qabiliyyətindən istifadə edərək onların irəliləməsinin qarşısını alıb. Rusiya silahlı qüvvələri ciddi itkilərə məruz qalıb.

– Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna ordusu bir çox istiqamətlərdə Rusiya qoşunlarının qarşısını alıb. Onun sözlərinə görə, Xarkov vilayətində çətin döyüşlər, xüsusə İzum yaxınlığında ağır hərbi əməliyyatlar gedib. Rus qoşunları ora təlim mərkəzlərindən hərbçilər göndəriblər. Zelenski Ukrayna ordusunun Kiyev, Suma və Çerniqov vilayətlərində, eləcə də Ukraynanın cənubunda düşmənin qoşununu dayandırdığını deyib.

– Ukraynanın “Vosxod” əməliyyat-taktiki qrupunun əsgərləri bir neçə istiqamətdə Rusiya Ordusunun 8 tankını, 11 BMP-sini və çox sayda canlı qüvvəsini məhv edib.

– Ukraynanın “Azov” batalyonu xüsusi əməliyyat keçirərək Çerniqov və Mariupolda Rusiya ordusuna zərbələr endirib. 3 12Rusiya Silahlı Qüvvələrinə məxsus 1 tank, 2 zirehli transportyor və yük maşını vurulub. Bundan başqa Çerniqov vilayətində rus ordusunun 2 artilleriya batareyası sıradan çıxarılıb.

– Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının yaydığı əməliyyat məlumatında bildirilib ki, Ukrayna Silahlı Qüvvələri Rusiya tərəfinin qoşunlarına zərbələr endirib. Məlumata görə, Ukraynanın zenit-raket qoşunları və aviasiyasının qırıcıları Rusiyanın 12 hava hədəfini – 2 qırıcı, 3 helikopter, 3 pilotsuz uçuş aparatı (PUA) və 4 qanadlı raketini məhv edib. Habelə, Rusiya Silahlı Qüvvələri Cənub Hərbi Dairəsinin 8-ci ümumqoşun ordusunun komandanı general-leytenant Andrey Mordviç öldürülüb.

– Rusiya Müdafiə Nazirliyinin son məlumatına əsasən, Rusiya ordusu tərəfindən fevralın 24-dən bu günədək Ukraynanın ümumilikdə 201 PUA-sı, 1443 tank və digər zirehli döyüş maşınları, 147 reaktiv yaylım atəşi sistemi, 1248 xüsusi təyinatlı hərbi texnikası, 564 artilleriya qurğusu və minaatanı məhv edilib.

– Ukrayna Müdafiə Nazirliyi döyüşlərdə Rusiya Silahlı Qüvvələrinin məhv edilən silah və texnikalarının, eləcə də həlak olan hərbi qulluqçularının yeni sayını açıqlayıb. Bildirilib ki, fevralın 24-dən bu günədək Ukrayna Ordusu Rusiya Silahlı Qüvvələrinin 95 təyyarəsini, 115 helikopterini, 466 tankını, 1470 zirehli texnikasını, 914 hərbi avtomobilini, 213 artilleriya qurğusunu, 17 PUA-sını, 44 hava hücumundan2 14 müdafiə sistemini, 72 yayılım atəşli reaktiv sistemini, 11 xüsusi nəqliyyat vasitəsini, 60 yanacaq sisternini və 3 gəmi/qayığını məhv edib. İndiyədək Rusiya Ordusunun 14 400 nəfərdən çox hərbiçisi öldürülüb.

– Ukraynada Rusiya silahlı qüvvələri tərəfindən raket və aviazərbələr endirilən Jitomir vilayəti böyük dağıntılara məruz qalıb. Vilayətdə infrastruktur obyektlərinə – məktəblərə, xəstəxanalara və digər mülki obyektlərə düşən mərmilər nəticəsində 40-dan çox şəxs həlak olub, onların arasında uşaqlar da var.

– Rəsmi məlumata əsasən, Rusiya ordusu Bosfor boğazından Odessaya gedən yolu minalayıb. Bu da Qara dənizdə ticarət gəmilərinin hərəkətinə mane olub.

– Kiyev vilayəti hərbi administrasiyasının rəhbəri Aleksandr Pavlyuk bildirib ki, Rusiya hərbçiləri yenidən cəmləşərək paytaxt Kiyevə zərbə vurmağa hazırlaşır.

– Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Aretoviç Rusiya Ordusu əsas qüvvələrini İzyum, Volnovaxa, Mariupol, Xerson və Nikolayev istiqamətlərində cəmləşdirdiyini deyib.

– Ukrayna baş nazirin müavini İrina Vereşuk bildirib ki, hazırda əsir götürülmüş 562 Rusiya hərbçisi rəsmi olaraq Ukraynadadır.

1 18– Ukrayna Baş Qərargahı məlumatında isə bildirib ki, Rusiya Prezidenti Vladimir Putin itkilərinin yerini doldurmaq üçün Vladivostokdakı 155-ci və Petropavlovsk-Kamçatskidəki 40-cı əlahiddə dəniz piyada briqadasını Belarus ərazisinə göndərir. Bundan başqa, Rusiya tərəfi Çernobılın şimal-qərbinə Şərq Hərbi Dairəsindən qoşun gətirib.

– Böyük Britaniya kəşfiyyatının Ukraynadakı müharibə ilə bağlı hesabatında bildirilib ki, Rusiya qoşunları əvvəlki kimi Ukraynanın relyefinə görə çətinliklərlə üzləşir. Əsasən yol şəbəkəsindən asılı olan ruslar yollardan kənarda manevrlər etməyə maraq göstərmir. Digər tərəfdən, Rusiyanın Ukraynanın hava məkanına hakimlik edə bilməməsi Rusiya aviasiyasının manevrlərini son dərəcə məhdudlaşdırır. Hesabata görə, böyük ehtimal ki, dinc şəhərlərin bombardman edilməsi davam edəcək, bu isə qurbanların sayının artmasına və humanitar böhranın dərinləşməsinə səbəb olacaq.

Ukraynada Rusiya silahlı qüvvələrinə qarşı mübarizə aparmaq üçün könüllülərdən ibarət silahlı birləşmələr də yaradılır. Könüllülər arasında kişilərlə bərabər qadınlar da var. Ordu sıralarına yazılanların bir qismi müharibəyə qədər xarici ölkələrdə biznes, təhsil və digər sahələrdə çalışıb, digərləri Ukraynadakı tələbələr, müəllimlər, digər peşə sahibləridir.

– Ukraynanın həvəskar liqasında çıxış edən “Sluç” klubunun futbolçusu, ölkəsinin müdafiəsi üçün könüllü müharibəyə qoşulan Boqdan Semençuk Kiyev yaxınlığındakı döyüşdə vəfat edib. Qeyd edək ki, daha əvvəl “Qostomel” klubundan Dmitri Martinenko, “Karpati” (Lvov) komandasından Vitali Sapilo müharibədə həlak olub.

– Rusiya Müdafiə Nazirliyinin rəsmisi, general-mayor İqor Konaşenkov bildirib ki, Rusiya ordusu ilk dəfə “Xəncər” (Kinjal) hipersəs aviasiya raketlərindən istifadə edərək Ukraynada silah anbarını vurub.

Rusiya Müdafiə İdarəsinin Milli Mərkəzinin rəhbəri, general-polkovnik Mixail Mizintsev bildirib ki, Rusiya hərbçiləri Mariupoldan qaçan mülki geyimli 93 ukraynalı hərbçini zərərsizləşdirib. Onun sözlərinə görə, son iki sutka ərzində sayı 150-200 arası mülki geyimli döyüşçü humanitar dəhlizlər vasitəsilə şəhərdən qaçaraq müxtəlif qruplar şəklində Zaporojye istiqamətində hərəkət edib.

– Ukraynanın Azərbaycandakı səfirliyinin müraciətinə cavab olaraq son günlərdə Ukraynada baş verən hadisələrlə bağlı hərbi əməliyyatlar nəticəsində əziyyət çəkən insanlara kömək məqsədi ilə Bakı şəhər və paytaxt rayonlarının icra hakimiyyətləri, eləcə də şəhər sakinləri tərəfindən toplanılan 30 tondan çox ərzaq və digər zəruri mallardan ibarət humanitar yardım Kiyev şəhərinin sakinlərinə göndərilib.

Rizvan Fikrətoğlu

Poliqon.az

Back to top button