Xəbərlər

Rusiya-Ukrayna müharibəsinin on birinci günü – XRONİKA

Rusiya Silahlı Qüvvələri tərəfindən Ukraynaya qarşı başladılan genişmiqyaslı müharibə Ukrayna şəhərlərinin, hərbi obyektlərinin dağıdılması və Ukraynanın müdafiə olunması ilə davam edir. Rusiya silahlı qüvvələri Ukraynanın hərbi infrastrukturuna, hava limanlarına, xəstəxanalarına və mülki obyektlərinə hücum edir. Ukrayna müqavimət göstərir və dəstək qazanır, dünya Rusiyanı təcrid edir.

“Poliqon” Rusiya-Ukrayna müharibəsinin on birinci gününün xronikasını təqdim edir.

– Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından verilən məlumata görə, martın 6-da Rusiya ordusu hərbi aviasiya vasitələri ilə Ukraynaya qarşı hücum əməliyyatını davam etdirib və yüksək dəqiqlikli silahlardan istifadə edib.

– Rusiya hərbçiləri əsas səylərini Kiyev və Xarkov şəhərlərinin mühasirəyə alınmasına yönəldiblər. Rusiya Hərbi Hava Qüvvələrinin bölmələri Xarkov şəhərində Pavlov meydanında teleqülləni hədəf alıb, nəticədə şəhərdə televiziya yayımı dayanıb. Kiyev vilayətində Rusiya hərbi texnikasının kolonu Ukrayna silahlı qüvvələri tərəfindən məhv edilib.

– Ukrayna Baş Qərargahı əlavə edib ki, Rusiya ordusu Luqansk və Donetsk vilayətlərindəki inzibati sərhədlərə çatmaq və Krımla daha da quru dəhlizi yaratmaq niyyətindədir.

kiyev

– Martın 6-da, yerli vaxtla saat 00:00-da Ukrayna paytaxtının bir neçə rayonunda partlayış səsləri eşidilib. Şəhərdə hava həyəcanı xəbərdarlığı elan edilib. Bütün paytaxt sakinləri dərhal sığınacaqları çağırılıb. Bundan əlavə, Lubna, Svetlovodsk, Kamenes-Podolsk, Uman, Starokonstantinovka, Xmelnitsk, Jitomir, Korosten, Vasilkov, Beloy Çerkov, Qostomel və Vinnisa şəhərlərində, Kirovoqrad, Volınsk, Sumı, Rovensk vilayətlərində hava həyəcanı elan edilib.

– Ukrayna ordusu Mariupol şəhəri ətrafında, Slobojanski və Tavriya istiqamətlərində Rusiya qoşunlarına qarşı müqavimət göstərib. Ukrayna Ordusunun bölmələri Balakliyadan Dnepropetrovsk vilayətinə doğru irəliləməyə çalışan Rusiya kolonnalarının qarşısını alıblar. Nikolayev bölgəsində Rusiya ordusunun xeyli miqdarda texnikası ələ keçirilib.

1 7– Xarkovda Azərbaycanın fəxri konsulluğunun binasının yerləşdiyi əraziyə endirilən hava zərbələri nəticəsində fəxri konsulluğun binası ciddi dağıntılara məruz qalıb. Eyni zamanda, konsulluq əməkdaşına məxsus avtomobil istifadəyə yarasız hala düşüb. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib ki, hadisə nəticəsində Fəxri Konsulluğun əməkdaşları xəsarət almayıb və hazırda təhlükəsiz yerdədirlər.

– Odessada Qara dəniz üzərində Rusiyaya məxsus təyyarə vurulub. Ukrayna müdafiəçiləri rus qoşunlarının Dnepropetrovsk vilayətinə doğru irəliləməsinə imkan verməyiblər. Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya ordusu tərəfindən Vinnitsa hava limanına səkkiz raket atılıb və hava limanını tamamilə məhv edilib.

– Ukraynanın “Vinnitsa” hava limanının Rusiya hərbçiləri tərəfindən atəşə tutulması nəticəsində bir neçə mülki şəxs və hərbçi həlak olub, qüllə və komanda məntəqəsi tamamilə dağıdılıb. İrpen şəhərindən təxliyə zamanı rus qoşunları dinc əhaliyə atəş açıb, nəticədə ikisi uşaq olmaqla azı üç nəfər ölüb, daha bir nəfərin vəziyyəti ağır olduğu bildirilib.

Ukrayna döyüşlərdə Rusiya Silahlı Qüvvələrinin məhv edilən silah və texnikalarının, eləcə də həlak olan hərbi qulluqçularının yeni sayını açıqlayıb. Bildirilib ki, fevralın 24-dən bu günədək Ukrayna Ordusu Rusiya Silahlı Qüvvələrinin 44 təyyarəsini, 48 helikopterini, 285 tankını, 985 zirehli texnikasını, 447 hərbi avtomobilini, 109 artilleriya qurğusunu, 4 pilotsuz uçuş aparatını, 21 hava hücumundan müdafiə sistemini, 50 yayılım atəşli reaktiv sistemini, 60 yanacaq sisternini və 2 gəmi/qayığını məhv edib. Nazirliyin məlumatına görə, indiyədək Rusiya Ordusunun 11 min nəfərdən çox hərbiçisi öldürülüb.tyyar

– Rusiya Müdafiə Nazirliyi bildirib ki, Rusiya ordusu fevralın 24-dən bu günədək ümumilikdə Ukraynanın 2203 hərbi obyektini vurub. Məlumatda bildirilib ki, Ukraynanın 76 idarəetmə məntəqəsi və rabitə sistemi, 111 S-300, “BuK M-1” və “Osa” ZRK, 71 radar stansiyası, 69 döyüş təyyarəsi, 24 helikopteri, 62 PUA-sı, 778 tank və digər zirehli döyüş maşınları, 77 reaktiv yaylım atəşi sistemi, 553 xüsusi təyinatlı hərbi texnikası, 279 artilleriya qurğusu və minaatanı məhv edilib. Rusiya Müdafiə Nazirliyi Kiyevdə bütün hərbi aviasiya sisteminin məhv edilməsi barədə də məlumat yayıb.

– Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığında bildirib ki, Ukraynadakı hərbi əməliyyatın dayandırılması yalnız Moskvanın tələblərinin yerinə yetirməsi şərtilə mümkündür. “Rusiya silahlı qüvvələri mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün mümkün olan hər şeyi həyata keçirir, zərbələr yalnız hərbi infrastruktur obyektlərinə endirilir”, – deyə Vladimir Putin bildirib.

irpen– BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının İdarəsi Rusiyanın hərbi müdaxiləsi nəticəsində fevralın 24-dən martın 4-dək Ukraynada 350-dən çox dinc sakinin həlak olduğunu, daha 707 nəfərin yaralandığını bildirib. Ölkələrin 28-i uşaqdır. Yerli sakinlərin əsasən Rusiya ordusu tərəfindən atılan partlayıcı silahlar, o cümlədən ağır artilleriya və çoxsaylı raket hücumları, həmçinin raket və hava zərbələri nəticəsində vəfat etdiyi qeyd olunub.

Rizvan Fikrətoğlu

Poliqon.az

Back to top button