Xəbərlər

Rusiya Ukraynanın 821 hərbi obyektini vurub

Rusiya Silahlı Qüvvələri fevralın 24-dən bu günədək ümumilikdə Ukraynanın 821 hərbi obyektini vurub.

Bu barədə “Poliqon” Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Məlumatda bildirilib ki, Ukraynanın 14 hərbi aerodromu, 17 komanda məntəqəsi, 24 S-300 və “Osa” zenit-raket kompleksləri, 48 radar stansiyası, 7  döyüş təyyarəsi, 7 helikopter, 9 pilotsuz uçuş aparatını, 87 tank və digər zirehli döyüş maşınları, 28 reaktiv yaylım atəşi sistemi, 118 xüsusi təyinatlı hərbi texnikası və 8 döyüş kateri məhv edilib.

Rusiya Hərbi Hava Qüvvələrinin bölmələri tərəfindən Çernobıl Atom Elektrik Stansiyasının ərazisindəki əraziyə tam nəzarəti ələ keçirildiyi də qeyd olunub.

Rusiya hökuməti Ukraynanın Zmeynı adasıda 82, 53-cü əlahiddə mexanikləşdirilmiş briqadasının daha 11 nəfər hərbçisinin könüllü olaraq Rusiya Silahlı Qüvvələrinin bölmələrinə təslim oduğunu bəyan edib.

Rusiya Müdafiə Nazirliyi döyüşlər zamanı 200-dən çox Ukrayna hərbçisinin öldüyünü açıqlayıb.

Poliqon.az

Back to top button