
Rusiyada BMP-3-lər üçün hazırlanan yeni mühərrik sınaqdan keçirilib
Rusiyanın “Yüksək Dəqiqlikli Komplekslər” holdinqi (“Rostex” Dövlət Korporasiyasına daxildir) BMP-3 piyada döyüş maşınları (PDM) üçün nəzərdə tutulan yeni UTD-32T dizel mühərriklərinin sınaq nümunələri üzərində ilkin testləri həyata keçirib.
Bu barədə “Poliqon” “Rostex” Dövlət Korporasiyasına istinadən xəbər verib.
Bildirilib ki, yeni dizel mühərrik turbokompressorla və ventilyatorlu soyutma sistemi ilə təchiz olunub. Bu mühərrik əvvəlki model ilə müqayisədə artırılmış fırlanma anına və daha yüksək gücə malikdir.
Eyni zamanda, yeni mühərrik əvvəlki ilə müqayisədə 7% daha ağırdır. Buna baxmayaraq, sözügedən mühərrik BMP-3-ün yüksək hərəkət gücünü qoruyur və PDM-ə əlavə avadanlıqların, müdafiə sistemlərinin quraşdırılmasına imkan verir.