Rusiyada ŞƏT, MDB və KTMT ölkələrinin Müdafiə nazirlərinin birgə iclası keçirilib

Rusiyada ŞƏT, MDB və KTMT ölkələrinin Müdafiə nazirlərinin birgə iclası keçirilib

Bu gün Moskva vilayətində Park Patriot Mərkəzində Rusiya Müdafiə naziri  Sergey Şoyqunun rəhbərliyi ilə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), Müstəqil Dövlətlər Birliyi (MDB) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan ölkələrinin Müdafiə nazirlərinin birgə iclası keçirilib.

Bu barədə Azeri Defence saytı Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Rusiya Müdafiə naziri iclas çərçivəsində Böyük Vətən Müharibəsi və İkinci Dünya Müharibəsindəki Qələbənin 75 illiyi münasibətilə ortaq bir bəyanat imzalandığını bildirib. Görüş zamanı ŞƏT, MDB və KTMT ölkələrinin Müdafiə nazirləri terrorizmə qarşı mübarizədə əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.

Bundan əlavə, iclasda ŞƏT, MDB və KTMT-nin hərbi idarələrinin rəhbərləri qarşılıqlı yardımın göstərilməsi və bölgə xaricindəki dövlətlərin hərbi bioloji fəaliyyətləri ilə əlaqədar olaraq bioloji təhdidlərlə mübarizə imkanlarının gücləndirilməsini müzakirə edibər. Həmçinin koronavirus virusunun yayılmasının nəticələrinin aradan qaldırılması istiqamətində təcrübə mübadiləsi aparıblar.

 

CATEGORIES
TAGS