
Rusiya yeddinci nəsil döyüş təyyarəsinin yaradılması üçün yeni layihəyə start verib.
“AzeriDefence”nin yerli mediaya istinadən verdiyi məlumatına görə, bunu açıqlamasında Rusiya Hərbi-kosmik Qüvvələrinin (HKQ) komandanı, general-polkovnik Viktor Bondarev deyib.
O bildirib ki, hazırda Rusiya HKQ “4++” nəsil döyüş təyyarələrinə məxsusdur. Həmçinin, T-50 (PAK FA layihəsi) təyyarəsinin sınaqları davam etdirilir.
V. Bondarevin sözlərinə görə, hazırda dünyada 5-ci nəsil döyüş təyyarələrinə ABŞ malikdir. Bunlar F-22 və F-35 döyüş təyyarələridir:
“Əgər biz bu sahədə işlərə davam etməsək, bir daha bu prosesi inkişaf etdirə bilməyəcəyik. Hazırda həm 6-cı, həm də 7-ci nəsil təyyarələrin yaradılması istiqamətində işlər aparılır. Bundan artıq danışmaq səlahiyyətim yoxdur”.



