Rusiyanın “Kronştadt” sualtı qayığı dəniz sınaqlarının birinci mərhələsini tamamlayıb

Rusiyanın “Kronştadt” sualtı qayığı dəniz sınaqlarının birinci mərhələsini tamamlayıb

Rusiyanın “Admiralteyskie Verfi” gəmiqayırma şirkəti 677 layihəli “Kronştadt” sinifli sualtı qayığın dəniz sınaqlarının birinci mərhələsini tamamlayıb.

“Poliqon”un “Admiralteyskie Verfi” şirkətinə istinadən verdiyi məlumata görə, birinci mərhələ çərçivəsində “Kronştadt” sualtı qayığın sürət və manevr sınaqları uğurla həyata keçirilib.

Həmçinin, şirkətin mütəxəssisləri tərəfindən “Kronştadt”ın sualtına enişi, qaldırıcı-mast qurğuları sınaqdan keçirilib. Hidroakustik kompleksi, naviqasiya və rabitə kompleksləri test edilib.

Hazırda “Admiralteyskie Verfi” şirkəti “Kronştadt” sualtı qayığın dəniz sınaqlarının ikinci mərhələsinə hazırlaşır.

Şirkət “Kronştadt” sualtı qayığının texniki vasitələrinin idarəetmə sistemini, elektrohərəkət sistemini, naviqasiya kompleksini modernləşdirib.

Qeyd edək ki, 677 layihəli sualtı qayıqları dördüncü nəsil qeyri-nüvə sualtı qayıqlarına aiddir. Həm döyüş effektivliyi, həm də digər taktiki və texniki xüsusiyyətləri baxımından müasir və perspektivli hesab olunur.

l1

L3

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS