
Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər flotiliyasının hərbi qulluqçuları antiterror təlimlər keçirib.
Bu barədə “AzeriDefence” Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat verib.
Təlimlərdə plana uyğun olaraq, qeyri-qanuni silahlı qruplaşma nəzarət-buraxılış məntəqəsinə hücum edib, Xəzər flotiliyasının qərargahını ələ keçirmək istəyib. Antiterror bölməsinin hərbçiləri tərəfindən müxtəlif silahların tədbiqilə hücumun qarşısının alınması və şərti düşmənin məhv edilməsi imitasiya olunub.
Məlumatda o da qeyd olunub ki, təlimlərdə 50-dən çox hərbi qulluqçu iştirak edib. Qeyri-qanuni silahlı qruplaşma qismində Xəzər flotiliyasının dəniz piyada qoşunlarının şəxsi heyətindən ibarət dəstə çıxış edib.



