Xəbərlər
Rüstəm Muradov Bakıdan bir erməninin cəsədini Yerevana aparıb

Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin (CHD) komandanının müavini general-leytenant Rüstəm Muradov bu gün Bakıya gəlib.
“Poliqon” xəbər verir ki, bu barədə Azərbaycanlı Əsir və Girovlara bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov deyib.
Onun sözlərinə görə, general-leytenant Rüstəm Muradov erməni təxribatçı əsirlərinin verilməsi üçün Bakıya gəlib. Danışıqlar nəticəsində Rüstəm Muradov bir erməni hərbçisinin cəsədini təhvil alaraq Yerevana aparıb.




