“Saab” ABŞ Ordusuna “Carl-Gustaf M4” qumbaraatanları tədarük edəcək
İsveçin “Saab” şirkəti ABŞ ordusuna açıqlanmayan sayda çoxməqsədli daşınan “Carl-Gustaf M4” qumbaraatanlarının çatdırılması üçün müqavilə imzalayıb.
“Poliqon” “Saab” şirkətinin mətbuat xidmətinə istinadən xəbər veri ki, dördüncü nəsil “Carl-Gustaf” qumbaraatanlarının tədarükünə dair müqavilənin dəyəri 16 milyon ABŞ dolları təşkil edib.
Sifariş edilən qumbaraatanlar ABŞ Ordusu və ABŞ Dəniz Piyadaları Korpusunun bölmələri tərəfindən istifadə ediləcək. Şirkət çatdırılma tarixi ilə bağlı məlumat verməyib.
Zireh və payıda əleyhinə (MAAWS), M3A1 kimi tanınan çiyindən atılan qumbaraatan 2 min metrə qədər stasionar və hərəkət edən hədəfləri dəqiqliklə vura bilir.
Şirkət mütəxəssislərinin sözlərinə görə, “Carl-Gustaf M4” əvvəlki M3 versiya ilə müqayisədə çəkisi azaldılıb və atəş sürəti artırılıb. M4 modelinin kütləsi 6.3 kq təşkil edir ki, bu da kütləsi 10 kq olan M3 modelindən 37% və 14.2 kq-lıq kütləyə sahib M2 modelindən 2,2 dəfə yüngüldür.
Qeyd edək ki, “Carl-Gustaf” qumbaraatanının M4 versiyası ictimaiyyətə ilk dəfə 2014-cü ilin 13-15 oktyabr tarixlərində ABŞ-ın Vaşinqton şəhərində keçirilən “AUSA Annual Meeting and Exposition-2014” (AUSA-2014) sərgisi zamanı təqdim edilib. Qumbaraatan bir çox NATO müttəfiqləri də daxil olmaqla, 40-dan çox müxtəlif ölkənin ordusunda istifadə olunur.
Rizvan Fikrətoğlu