“Saab” şirkəti Ukraynada istehsal xətti qurmağı planlaşdırır
İsveçin “Saab” şirkəti artan tələbat fonunda Ukraynada istehsal xətti qurmağı planlaşdırır.
“Poliqon” xəbər verir ki, bunu “Reuters”ə açıqlamasında “Saab”ın baş direktoru Mikael Yohansson bildirib.
Onun sözlərinə görə, “Saab” ölkənin müstəqil müdafiə qabiliyyətinin inkişafını dəstəkləmək üçün Ukraynada istehsal xətti qurmağa çalışır: “Saab iki və ya üç şirkətlə “yerli istehsalın necə qurulması” ilə bağlı danışıqlar aparır, lakin razılaşma hələ yekunlaşmayıb”.
M.Yohansson qeyd edib ki, o, Ukrayna şirkətlərində pilotsuz uçuş aparatlarının istehsal imkanlarına dair potensial görüb.
“Ukrayna həm də sursat hissələrinin tədarükçüsü ola bilər və sensor texnologiyasının inkişafına töhfə verə bilər. Silah sənayesi ianə əsaslı yardımdan Kiyevlə birbaşa tərəfdaşlığa doğru irəliləyir”, – deyə şirkətin baş direktoru vurğulayıb.