Xəbərlər

“Şahin” hərbi-idman oyununun final mərhələsi keçirilib

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX), Fövqəladə Hallar Nazirliyi və Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə ümumtəhsil müəssisələrinin X və XI siniflərində təhsil alan şagirdlər arasında keçirilən “Şahin” hərbi-idman oyununun final mərhələsi keçirilib.

SHXÇDX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, finalda iştirak edən 14 komanda sıra hazırlığı, darağa patronların doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması, fiziki hazırlıq, maneələrin dəf olunması, tüfəngdən hədəfə atəş açılması, mülki müdafiə hazırlığı, çadırın qurulması və intellektual müsabiqə mərhələlərində güclərini sınayıblar.

Ən yüksək xal toplayan Bakının Binəqədi rayonunun komandası birinci, Nizami rayonunun komandası ikinci, İsmayıllı rayon komandası isə üçüncü yerə layiq görülüblər. Tədbirin sonunda final mərhələsinin qalibləri təltif edilib.

1 4 2 5 3 5 4 5 5 5 6 5 7 5 8 5

Back to top button