SARSILMAZ yeni silahlarını ilk dəfə IDEF-2023-də sərgiləyəcək

SARSILMAZ yeni silahlarını ilk dəfə IDEF-2023-də sərgiləyəcək

SARSILMAZ şirkəti yeni SAR2023 tapançasını ilk dəfə 25-28 iyul tarixlərində İstanbulda keçiriləcək 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (IDEF-2023) nümayiş etdirəcək.

“Poliqon” “Defense Here”yə istinadən xəbər verir ki, yarımavtomat tapança olan SAR2023 9×19 mm çapa və 15/17 patron tutumuna sahibdir.

Lülə uzunluğu 115 mm və kütləsi 760 qram təşkil edən tapançanın üzərində Türkiyənin 100 illik loqosu öz əksini tapıb.

Bundan başqa, şirkət yeni SAR 556 MT avtomatını da ilk dəfə IDEF-2023 sərgisində təqdim edəcək. 5.56×45 mm çaplı avtomatın ağırlığı 7.8 kiloqramdır.

F1eI7mlX0AEMsOO e1690010001375

Poliqon.az

 

 

CATEGORIES
TAGS