SEPAH yeni raket təlim sistemi hazırlayıb

SEPAH yeni raket təlim sistemi hazırlayıb

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunları ekipaj üzvlərinə “Fəth 360” raketindən istifadəni öyrədən yerli təlim sistemini sınaqdan keçirib.

“Poliqon” “Tasnim” xəbər agentliyinə istinadən bildirir ki, SEPAH Quru Qoşunlarının mütəxəssisləri tərəfindən dizayn və istehsal edilmiş təlim sistemi ekipaj üzvləri üçün “Fəth 360” raketinin yüklənməsi və atışa hazırlanmasından tutmuş buraxılışına qədər bütün mərhələləri simulyasiya edir.

Təlim sisteminin raketi “Fəth 360”ın korpusundan istifadə etsə də, onun mühərriki və döyüş başlığı 122 mm-lik “Arash” raketi ilə əvəz olunub. Ekipaj üzvlərinə raketləri bir neçə dəfə yenidən yükləmək və atmaq məşqini həyata keçirməyə imkan verən təlim sistemi təhlükəsizlik amillərini artırıb, təlim xərclərini azaldıb.

Qeyd edək ki, “Fəth 360”, İran Müdafiə Nazirliyi tərəfindən hazırlanmış bərk yanacaqla işləyən ballistik raketdir. Uzunluğu 5 metrdən çox olan “Fəth 360” raketinin kütləsi 787 kiloqram, döyüş başlağının ağırlığı 150 kq və uçuş sürəti 4 Mach təşkil edir.

Poliqon.az

CATEGORIES