Serbiya Rusiyadan “Kornet” TƏİRK alacaq

Serbiya Rusiyadan “Kornet” TƏİRK alacaq

Serbiya cari ilin sonuna qədər Rusiyadan “Kornet” tank əleyhinə idarə olunun raket kompleksləri (TƏİRK) alacaq.

“Poliqon”un məlumatına görə, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüşündən sonra bildirib.

Prezident Aleksandr Vuçiç deyib ki, Serbiya Rusiyanın S-400 zenit-raket sistemlərinə də sahib olmaq istəyir.

Qeyd edək ki, Serbiya Avropada Rusiyanın silah və hərbi texnikasının ən böyük idxalçısıdır. Son bir neçə ildə Rusiya Serbiyaya hər biri 30 ədəd olmaqla modernləşdirilmiş T-72MS tankı və zirehli kəşfiyyat-mühafizə maşını, hər biri 7 ədəd olmaqla Mi-17 və Mi-35 helikopteri, 6 ədəd MiQ-29 qırıcısı tədarük edib.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS