Xəbərlər
SHXÇDX-də bir qrup hərbi qulluqçuya ilk zabit hərbi rütbəsi verilib

Zəfər Günü münasibətilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimovun müvafiq əmri ilə leytenant ilk zabit hərbi rütbəsi verilmiş 27 nəfər hərbi qulluqçuya rütbələrin təqdimetmə mərasimi keçirilib.
Bu barədə “Poliqon”a SHXÇDX-nin mətbuat mərkəzindən məlumat verilib.
Bildirilib ki, ilk zabit hərbi rütbəsi verilmiş əməkdaşlar təbrik edilib, onlara şərəfli və məsuliyyətli xidmətlərində uğurlar arzulanıb.














