SHXÇDX-nin rəisinə yeni müavin təyin edilib

SHXÇDX-nin rəisinə yeni müavin təyin edilib

Habil Nağıyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) maliyyə və maddi-texniki təminat üzrə müavini vəzifəsinə təyin olunub.

“Poliqon” xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb.

Qeyd edək ki, H.Nağıyev bu təyinata qədər Dövlət Miqrasiya Xidmətinin Miqrasiya nəzarəti baş idarəsinin rəisi vəzifəsində çalışıb. Bu ilin mart ayında Prezident İlham Əliyevin sərəncamı ilə ona Dövlət Miqrasiya Xidmətinin III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib.

Xatırladaq ki, SHXÇDX-nin maliyyə və maddi-texniki təminat üzrə müavini vəzifəsində daha əvvəl general-mayor Şahvələd Əliyev çalışıb. O, bir neçə gün əvvəl işdən çıxarılıb.

Poliqon.az

CATEGORIES
TAGS