SHXÇDX rəhbərliyi Novruz bayramı ərəfəsində şəhid ailələrini ziyarət edib

SHXÇDX rəhbərliyi Novruz bayramı ərəfəsində şəhid ailələrini ziyarət edib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəhbərliyi tərəfindən ictimaiyyət nümayəndələrinin iştirakı ilə Novruz bayramı ərəfəsində şəhid ailələri ziyarət edilib.

SHXÇDX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, SHXÇDX-nin rəhbərliyi şəhid ailələrinə baş çəkib, bayram münasibətilə onları təbrik ediblər.

Görüşlərdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi ehtiramla yad edilib. Tədbirlərdə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsindəki tarixi zəfərdən bəhs edilib, rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığından danışılıb. Görüş iştirakçıları tərəfindən şəhidlərin əziz xatirəsinin əbədi olaraq xalqın yaddaşına həkk olunduğu vurğulanıb, qələbənin təmin olunmasındakı fədakarlıqlarının ən yüksək səviyyədə dəyərləndirildiyi qeyd edilib.

İctimaiyyət nümayəndələrinin də iştirak etdiyi görüşlərdə SHXÇDX-nin yerli struktur bölmələri tərəfindən respublikanın şəhər və rayonlarını əhatə etməklə bir qrup şəhid ailələrinin ziyarəti həyata keçirilib və bayram sovqatları çatdırılıb.

Poliqon.az

CATEGORIES