SHXÇDX rəhbərliyi Ulu Öndərin xatirəsini yad edib

SHXÇDX rəhbərliyi Ulu Öndərin xatirəsini yad edib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov və Xidmətin digər rəhbər heyəti tərəfindən müasir Azərbaycan dövlətinin qurucusu, xalqın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Xidmətin inzibati binasında Ulu Öndərin büstü önünə əklil və gül dəstələri qoyulub, əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, daha sonra SHXÇDX-nin rəhbərliyi Fəxri xiyabanı ziyarət edərək ulu öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyub, əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad olunub, məzarı önünə tər çiçəklər düzülüb.

Poliqon.az

CATEGORIES