SHXÇDX rəisi Lənkəranda vətəndaşları qəbul edib

SHXÇDX rəisi Lənkəranda vətəndaşları qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin 2023-cü ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-polkovnik Arzu Rəhimov aprelin 13-də Lənkəranda Astara, Lerik, Masallı, Cəlilabad, Yardımlı və Lənkəran rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirib.

SHXÇDX-nin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, Xidmət rəisi, general-polkovnik Arzu Rəhimovun keçirdiyi qəbulda 19 vətəndaşın müraciəti dinlənilib.

Müraciətlər əsasən həqiqi hərbi xidmətə və ya işə qəbul, övladının təkrar tibbi müayinəyə göndərilməsi, övladının xidmət yerinin müəyyənləşdirilməsi, müddətli həqiqi hərbi xidmətə cəlb olunma, Vətən müharibəsində iştiraka görə medalla təltif olunma, dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə müavinətin ödənilməsi, eləcə də digər məsələlər ilə bağlı olub.

Qəbul zamanı vətəndaşların müraciətlərinin həlli ilə bağlı mövcud qanunvericiliyin tələbləri izah edilib, araşdırılmasına ehtiyac olan məsələlər qanunvericiliyə uyğun olaraq tədbirlər görülməsi üçün nəzarətə götürülüb. Bəzi vətəndaşlar tərəfindən qaldırılan və Xidmətin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara çatdırılması üçün qeydiyyata alınıb.

df131f5d544c85e76776e1b6571f3d05

Poliqon.az

CATEGORIES