SHXÇDX rəisi Naxçıvanda vətəndaşları qəbul edəcək

SHXÇDX rəisi Naxçıvanda vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2023-cü ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 12 sentyabr 2023-cü il tarixdə saat 10:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov Naxçıvan şəhərində SHXÇDX-nin Naxçıvan MR üzrə baş idarəsinin inzibati binasında Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayon və şəhərlərindən olan vətəndaşları qəbul edəcək.

Bu barədə “Poliqon”a SHXÇDX-nin mətbuat mərkəzindən məlumat verilib.

Bildirilib ki, qəbula yazılmaq istəyən vətəndaşların 7 sentyabr 2023-cü il tarixədək SHXÇDX-nin adları qeyd olunan rayon və şəhər baş idarə, idarə və şöbələrinə, həmçinin rəsmi elektron poçt ünvanına (info@seferberlik.gov.az) müraciət edərək qeydiyyatdan keçmələri zəruridir.

CATEGORIES