SHXÇDX rəisi Naxçıvanda vətəndaşları qəbul edib
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov sentyabrın 12-də Xidmətin Naxçıvan MR üzrə baş idarəsinin inzibati binasında vətəndaşları qəbul edib.
SHXÇDX-nin Mətbuat Mərkəzindən “Poliqon”a verilən məlumata görə, qəbulda 44 vətəndaşın müraciəti dinlənilib.
Vətəndaşlar SHXÇDX-də həqiqi hərbi xidmətə və ya işə qəbul, həmçinin bir sıra digər məsələlərlə bağlı müraciət ediblər.
Xidmət rəisi qəbul zamanı hər bir vətəndaşın müraciətini dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.