SHXÇDX rəisi Şəkidə vətəndaşları qəbul edib

SHXÇDX rəisi Şəkidə vətəndaşları qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin 2023-cü ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov mayın 26-da Şəki şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Şəki, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşları qəbul edib.

SHXÇDX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, qəbulda 36 vətəndaşın müraciəti dinlənilib.

Vətəndaşlar SHXÇDX-də həqiqi hərbi xidmətə və ya işə qəbul, həqiqi hərbi xidmətə bərpa, övladının xidmət yerinin müəyyənləşdirilməsi, Vətən müharibəsində iştiraka görə orden və medalla təltif olunma, şəhid və şəhid ailəsi statusunun verilməsi, müharibə veteranı adı və vəsiqəsinin verilməsi, müddətli həqiqi hərbi xidmətdən möhlət verilməsi və s. məsələlərlə bağlı müraciət ediblər.

Qəbul zamanı vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir hissəsi yerindəcə həll olunub, araşdırma tələb edən məsələlər qanunvericiliyə uyğun olaraq həll edilməsi məqsədilə qeydiyyata alınıb və müvafiq tapşırıqlar verilib.

Bəzi vətəndaşlar tərəfindən qaldırılan və SHXÇDX-nin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Poliqon.az

KATEQORIYA:
Bu xəbəri paylaş