SHXÇDX rəisi Tovuzda vətəndaşları qəbul edəcək

SHXÇDX rəisi Tovuzda vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2025-ci ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 13 iyun 2025-ci il tarixdə saat 10:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov Tovuz rayonunda yerləşən Nizamı adına Mədəniyyət Evində Tovuz, Şəmkir, Gədəbəy, Ağstafa və Qazax rayonlarında qeydiyyatda olan vətəndaşları qəbul edəcək.

Bu barədə “Poliqon”a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Bildirilib ki, qəbula yazılmaq istəyən vətəndaşların 10 iyun 2025-ci il tarixədək SHXÇDX-nın adları qeyd olunan rayon struktur bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına (info@seferberlik.gov.az) müraciət edərək qeydiyyatdan keçmələri və qəbula gələrkən şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirmələri zəruridir.

 

CATEGORIES