
Seul və Tokiyoda təhlükəsizlik şuraları toplandı
Şimali Koreya Ordusu Yapon dənizində ballistik raketin sınağını keçirib.
“AzeriDefence”nin Cənubi Koreyanın “Yonhap” xəbər agentliyinə istinadən verdiyi məlumatına görə, ballistik raket bu gün yerli vaxtla saat 07.55 radələrində Şimali Koreya Pxyenan-Pukto vilayətindən buraxılıb.
Raket “Nodon” tipli olduğu ehtimal edilir. Raket Yapon dənizinə düşüb. Atəş məsafəsi 500 km olub.
Hadisə ilə bağlı Seul və Tokiyoda təhlükəsizlik şuralarının iclası keçirilib.
Məlumatda o da qeyd olunub ki, 2016-cı ilin yanvarında Şimali Koreya nüvə silahının sınağını keçirib. Fevralda isə 12 min km uçuş məsafəsi olan yeni raketini sınaqdan çıxarıb.




