SM-6 raketlərinin Yaponiyaya satışı təsdiqlənib
ABŞ Dövlət Departamenti 900 milyon dollar dəyərindəki “Standard Missile 6” (SM-6) Block I raketlərinin Yaponiyaya satışını təsdiq edib.
Bu barədə “Poliqon” ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinə (DSCA) istinadən xəbər verib.
Bildirilib ki, sifarişə 150 ədəd SM-6 raketinin və digər lazımi avadanlıqların satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.
Sözügedən sifarişin baş podratçısı ABŞ-ın “RTX Corporation” şirkəti olacaq.