STM şirkəti PREVEZE-YÖM layihəsində kritik sistemlərin qəbul fəaliyyətlərini tamamlayıb
STM şirkəti Türkiyə Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus 4 ədəd “Preveze” sinifli sualtı qayığın yarı ömür modernləşdirilməsini əhatə edən PREVEZE-YÖM layihəsində tədarük edilməsi tələb olunan bəzi kritik sistemlərin qəbul fəaliyyətlərini tamamlayıb.
“Poliqon” STM-yə istinadən xəbər verir ki, bunların arasında CDT Prob, İnersial Naviqasiya, Soyudulmuş Su və Statik İnverter sistemləri yer alır.
Həmçinin, STM “Gür” sinifli sualtı qayıqlara quraşdırılacaq “Advent-Müren” döyüş idarəetmə sisteminin (SYS) də inteqrasiyasını həyata keçirəcək. Bunun üçün 2023-cü ilin fevralın 28-də TÜBİTAK Bilgem və STM arasında müqavilə imzalanıb.
Yerinə yetiriləcək işlərlə bağlı fikirlərini bölüşən STM-nin baş direktoru Özgür Güleryüz bildirib ki, şirkət Türkiyədə sualtı dizayn, inşaat və modernləşdirmə sahələrində bir çox yeniliklərə imza atıb: “Bunlardan biri olan PREVEZE-YÖM layihəsində dörd sistemin qəbul fəaliyyətlərini uğurla həyata keçirdik. “Ay” və “Preveze” sinifli sualtı qayıqların modernizasiyası layihələrində əldə etdiyimiz milli mühəndislik təcrübəmizi “Gür” sinifli sualtı qayıqlara ötürmək üçün TÜBİTAK BİLGEM ilə yeni müqavilə imzaladıq”.
““Mavi Vətən”də Hərbi Dəniz Qüvvələrimizin çəkindiriciliyini artırmaq və gücünə güc qatmaq üçün fəaliyyətimizi və səylərimizi fasiləsiz olaraq davam etdirəcəyik”, -deyə STM-nin baş direktoru qeyd edib.