Su-34 bombardmançıları Rusiya Müdafiə Nazirliyinə təhvil verilib
“Birləşmiş Aviasiya Korporasiyası”nın (UAC) “Novosibirsk Aviasiya Zavodu” tərəfindən istehsal edilən Su-34 bombardmançı təyyarələri Rusiya Müdafiə Nazirliyinə təhvil verilib.
“Poliqon” “Rostex” Dövlət Korporasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, cari il ərzində Rusiya Müdafiə Nazirliyinə çatdırılan ilk Su-34 partiyasıdır.
Bildirilib ki, dövlət müdafiə sifarişi çərçivəsində istehsal edilərək sifarişçiyə çatdırılan Su-34-lər zavod tərəfindən həyata keçirilən yer və uçuş sınaqlarından uğurla keçib.