
Rusiya istehsalı olan Su-34-lər radioelektron mübarizə döyüşü təyyarəsinə çevriləcək.
“Rostex” Dövlət Şirkətindən “AzeriDefence”yə verilən məlumata görə, bu barədə açıqlamanı KRET-in baş direktorunun 1-ci müavini Vladimir Mixiyev verib.
O deyib ki, Su-34 təyyarələrinin qanadının arxa hissəsinə əlavə olunacaq “Xibini-10V” REM sisteminin ilkin partiyası Müdafiə Nazirliyinə təhvil veriləcək.
Onun sözlərinə görə, bununla da Su-34 təyyarəsi maksimum səviyyədə zenit raket komplekslərindən və RLS-lərdən yayına biləcək. Bununla da təyyarə yalnız döyüş tapşırıqlarını deyil, həm də radioelektron mübarizəni də həyata keçirə biləcək.
Qeyd edək ki, Su-34 dördüncü nəsl döyüş təyyarləri sırasına aiddir. Saatda 1900 km/sürətlə uçan bu təyyarənin maksimum uçuş məsafəsi 4 min km-dir.
Təyyarə 30 mm-lik aviasiya topu, “hava-hava”, “hava-hündürlük” idarə olunan raketləri, aviasiya mərmisi, o cümlədən müxtəlif təyinatlı mərmilərlə təchiz olunub.



