
Sinqapurun “ST Engineering” şirkəti su üzərinə enə bilən və üzmək imkanlarına malik pilotsuz uçuş aparatı hazırlayıb.
“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, bir neçə təyinatlı PUA-ya UHV (Unmanned Hybrid Vehicle – pilotsuz hibrid aparat) adı verilib.
UHV çəkisi 25 kq-dır və bu texnika havada 20-25 dəqiqə qala bilir. Korpusu kompozit məmulatlardan hazırlanmış PUA 1 ədəd hava və 2 ədəd kürək (avarçəkmə) pəri ilə təchiz olunub. Suya eniş zamanə PUA-nın kürək pərləri işə düşür.
Su üzərində PUA 7,4-9,3 km/saatda hərəkət edir.
İstehsalçılar deyir ki, bu PUA hərbçilərlə yanaşı, xilasetmə xidmətləri üçün unikal texniki avadanlıq rolunu oynaya bilər.



