“Sungur” DZRK-nin atış sınağı yerinə yetirilib – VİDEO

“Sungur” DZRK-nin atış sınağı yerinə yetirilib – VİDEO

Türkiyənin “Roketsan” şirkəti tərəfindən inkişaf etdirilən “Sungur” daşınan zenit-raket kompleksinin (DZRK) növbəti atış sınağı yerinə yetirilib.

“Poliqon” “Roketsan”a istinadən xəbər verir ki, sınaq zamanı “Sungur” hədəfi tam dəqiqliklə vurub.

“Roketsan” tərəfindən milli imkanlarla dizayn edilərək hazırlanan və istehsal edilən “Sungur” daşınan zenit-raket kompleksinin çiyindən atılan versiyası 2022-ci ilin iyul ayında Türkiyə Silahlı Qüvvələrinin silahlanmasına verilib. “Sungur”, Türkiyə Silahlı Qüvvələrinin hava hücumundan müdafiə (HHM) sistemində olan “Stinger” (FIM-92B/C) daşınan zenit-raket kompleksilərini əvəz etmək üçün hazırlanıb. Kompleks hərəkətdə atış qabiliyyəti, gecə-gündüz hədəf təsbiti, təhlili, tanınması və izlənməsi kimi xüsusiyyətlərə sahibdir. O, düşmənin 4+ km hündürlükdə və 8 km məsafədə uçan hədəflərinin zərərsizləşdirilməsini təmin edir.

CATEGORIES
TAGS