Şuşa Dövlət Musiqili Dram Teatrında Zəfər Günü ilə bağlı tədbir keçirilib – FOTOLAR
Şuşa Dövlət Musiqili Dram Teatrında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
“Poliqon” xəbər verir ki, tədbirdə əvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra 7 nömrəli “Uşaq-Gənclər İnkişaf Mərkəzi” PHŞ-nin pedoqoji heyəti, “Məktəb teatrı”, “Mahnı və Vokal” və “Rəqs” dərnəklərinin üzvləri tərəfindən hazırlanmış “Xarıbülbül dastanı” adlı tamaşa nümayiş etdirilib.
Zəfər Gününə həsr edilmiş “Xarıbülbül dastanı” tamaşasında 44 günlük Vətən müharibəsində şücaət göstərən əsgərlərimizin qəhrəmanlıq hekayəsindən bəhs olunub. Tamaşada Vətən övladlarının ali təhsil ocaqlarını deyil, doğma torpaqların azadlığı üçün ordu sıralarını seçmələri öz əksini tapıb.
Tədbirin sonunda xatirə fotosu çəkdirilib.