Şuşa əməliyyatı: Düşmən radio maneələrimizin qarşısında dura bilmirdi

Şuşa əməliyyatı: Düşmən radio maneələrimizin qarşısında dura bilmirdi

Biz döyüş vaxtı düşmənin əlində olan rabitə vasitələrini gördük. Onların rabitə vasitələri həddən artıq çox zəif, köhnəlmiş idi. Amma bizdə çox müasir, təkmilləşdirilmiş, bugünkü dövrə cavab verən rabitə vasitələri idi ki, biz o rabitə vasitələri ilə düşmənin bizə törətmək istədikləri radio maneələrin qarşısını yerindəcə alırdıq. Ancaq düşmənin əlindəki rabitə vasitələri keyfiyyətsiz rabitə vasitələri idi. Bizim onlara ötürdüyümüz radio maneələrin qarşısında dura bilmirdilər. Şuşaya girməyimizdə ötürdüyümüz radio maneələr əhəmiyyətli rol oynayırdı. Düşmən özünü itirmişdi. Bilmirdilər ki, öz heyətləri harada idi. Ona görə pərən-pərən olmuşdular. Düşmən Şuşanı həm qorxu hissinin çox olmasına, həm də döyüşün idarəetməsini itirdikərinə görə tərk etdi.

Bu fikirləri Vətən müharibəsində Şuşaya qədər keçdiyi döyüş yolundan POLİQON jurnalına danışan Azərbaycan Ordusunun rabitə bölməsinin rəisi mayor Şahin Əzizov söyləyib.

“İlk öncə qeyd etmək istəyirəm ki, Ali Baş Komandanımızdan gözlədiyimiz an, həmin an idi ki, əmri aldıqdan sonra bölmələrimiz düşmənin əks-kəşfiyyatına qarşı öz gücünü göstərdi. Təkcə erməniyə yox, bütün dünyaya göstərdi ki, biz nəyə qadirik. Ordunun ən önəmli vasitələrindən biri rabitə idarəetmədir ki, mən də rabitəçi kimi öz zabit və əsgər yoldaşlarımızla müəyyən olunmuş rabitə vasitələrindən, hansı ki, yeni təkmilləşdirilmiş rabitə vasitələrindən düşmənin bütün maneələrinə qarşı gələrək 44 günlük vətən müharibəsində döyüş vaxtı çox uğurlu fəaliyyət göstərdik.

Bu gün fəxr edirəm və çox sevinirəm ki, Şuşa artıq bizimdir. Biz artıq Şuşaya qayıtmışıq. 30 ildir gözləyirdik ki, bura qayıdaq. İlk öncə şəhidlərimizin valideynlərinə baş sağlığı verirəm. İkinci növbədə qazilərimizə sağalmağı arzu edirəm və bütün bu döyüşdə əməyi olan, əziyyət çəkənlərin hamısına təşəkkür edirəm”, – deyə mayor Ş.Əzizov bildirib.

Ş.Əzizov vurğulayıb ki, düşmənin rabitə vasitələri həddən artıq çox zəif, köhnəlmiş idi, amma bizdə çox müasir, təkmilləşdirilmiş, bugünkü dövrə cavab verən rabitə vasitələri idi ki, biz o rabitə vasitələri ilə düşmənin bizə törətmək istədikləri radio maneələrin qarşısını yerindəcə alırdıq: “Biz döyüş vaxtı düşmənin əlində olan rabitə vasitələrini gördük. Onların əlindəki rabitə vasitələri keyfiyyətsiz rabitə vasitələri idi. Bizim onlara ötürdüyümüz radio maneələrin qarşısında dura bilmirdilər. Şuşaya girməyimizdə ötürdüyümüz radio maneələr əhəmiyyətli rol oynayırdı. Düşmən özünü itirmişdi. Bilmirdilər ki, öz heyətləri harada idi. Ona görə pərən-pərən olmuşdular. Düşmən Şuşanı həm qorxu hissinin çox olmasına, həm də döyüşün idarəetməsini itirdikərinə görə tərk etdi.

Bizdə ən əsas vasitələr yeni, müasir rabitə vasitələridir ki, onlar çox az ölkələrdə istifadə olunur, bizim ölkədə də o rabitə vasitələrindən istifadə olunur. Biz döyüş vaxtı daşınan rabitə vasitələrindən istifadə edirdik. Əldə radio vasitələri idi, yəni o rabitə vasitələri uzaq məsəfələr üçün istifadə olunan daşınan, yüngül rabitə vasitələridir. Döyüş vaxtı bölmələrin radio əlaqələrini təmin etmək üçün o rabitə vasitələrindən istifadə edilirdi. Təkcə döyüş vaxtı yox, döyüşdən sonra da cənab Ali Baş Komandanımızın əmri ilə hazırda bugünkü günə kimi də yenə də texnikalarımız da, ən əsas rabitə vasitələrimiz də daha da müasirləşdirilir, daha da yeni avadanlıqlar ilə Ordumuz təmin olunur”.

Mayor Ş.Əzizov sözlərinə görə, heç vaxt xəyal edə bilməyib ki, bir gün Şuşaya gələcək. Onların Şuşaya girməyi ən sevincli və yadda qalan günlərindən biri olub: “Biz döyüş vaxtı nəyinki Şuşada, Şuşaya gəldiyimiz sıx meşələrlə, təhlükələrlə heç birində hansı ki, meşələrin içində sıxlıqdan rabitə vasitələrini açmaq olmurdu çətinliklər var idi, o çətinliklərə baxmayaraq öz canımızı təhlükyə atırdıq, amma biz o təhlükəni hiss etmirdik.

Ən əsas məsələlərdən birini qeyd etmək istəyirəm. Biz noyabrın 6-da Şuşaya girdik. Şuşanın Daşaltı kəndi istiqamətində, arxa tərəfdən gələndə düşmənin bir hərbi hissəsi vardı. Onun üzərində yuxarıda bildiyimiz teleqüllə var. Məqsədimiz teleqüllədə rabitə vasitəsini açmaq idi, əlverişli nöqtə olduğu üçün aşağıda olan bütün radio əlaqələri təmin edək və əlavə olaraq onlara set verək. Yəni ora biz qalxanda düşmənin pilotsuz uçuş aparatları bizim üzərimizdə uçurdu. Düşmən bizi aşkar etməmişdi. Bu kəşfiyyat xarakterli PUA-lar idi. Koordinatı çxarıb hədəfi vurmaq üçün nəzərdə tutulan PUA-lar idi. Həm yadda qalan, həm gülməli bir gün idi ki, düşmən artilleriya atəşi ilə bizə atırdı, biz 200-300 metr yuxarı qalxırdıq onun atdığı mərmilər bizə adi bir şey kimi idi. Biz gedib öz yerimizə, mövqeyimizə çatana kimi onlar çox atəş açdılar, lakin onlar bizə tuş gəlmədi. Biz öz işimizdən yayınmadıq, öz işimizə davam etdik və rabitə avadanlığını açdıq və əlaqəni təmin etdik. Həmin vaxtı PUA ilə bizi izləyən düşmən atdığı artilleriya atəşindən (toplarla atırdı) heç bir təsir olmadığını görürdü. Bundan sonra, bizə iki dəfə qadağan olunmuş silahdan atəş açdılar. Çünki biz bildiyimiz kimi döyüş vaxtı, döyüşdə ilk növbədə sıradan çıxarılası birinci rabitədir. Əgər bir qüvvəni məhv etmək istəyirsənsə rabitəni sıradan çıxarmalısan. Ona görə də biz düşmənin ən məqsədli hədəfləri idik. Atəş açmalarına baxmayaraq bizi öz işimizdən, məqsədimizdən yayındıra bilmədilər. Məqsədimizə çatdıq, dayanıqlı rabitə əlaqəsini təmin etdik və bugünləri də artıq Qarabağın tacı olan Şuşa şəhəri artıq bizdədir. Bundan sonrada Ali Baş Komandanımızın növbəti əmrini səbirsizliklə gözləyirik və biz hər zaman düşmənin başında “Dəmir yumruq” kimi vurmağa hazır vəziyyətdəyik”.

Şuşaya qədər keçdiyi döyüş yolundan danışan mayor Şahin Əzizov bildirib ki, əsas vəzifələri xüsusi təyinatlı qüvvələrin (XTQ) rabitə əlaqəsini təmin etmək olub: “Şuşaya Cəbrayıl istiqamətindən gəlmişik. Cəbrayıldan Xocavəndə, ordanda da meşənin içi ilə həm piyada olduq, həm də rabitəçi kimi rabitə əlaqəsini təmin etdik. Biz hansı ki, alışan yanan maşınların arasından keçəndə qarşımızda olan XTQ-nin döyüşünü, canlı döyüşünü gördük bu da bizim sevincimiz idi, fəxrimiz idi. Biz fəxr edirik ki, o döyüşün canlı şahidləriyik.

Bizdə ruh yükəskliyinin yaranma səbəblərindən biri o idi ki, şəxsən mən və mənim yoldaşlarım irəlilədikcə, müəyyən olunmuş mövqeləri aldıqca bizim şanlı bayrağımızı, o ucalan bayrağımızı uzaqdan görəndə biz ora qaçaraq gedirdik, heç nə düşünmədən gedirdik və istəyirdik ki, o bayrağı daha da irəli aparaq və axırıncı, tam torpaqlarımız alınana kimi, ən yüksəklərdə dalğalanmağı üçün həvəs göstərirdik.

Ümumiyyətlə hər bir şeyi gərək praktiki yaşayasan. Bu günləri, biz döyüşdə bunu praktiki olaraq yaşadıq, hiss etdik, duyduq. Bu gün artıq Ordumuzda olan təlimlərimiz daha da ciddi, döyüş hazırlğı daha da artırılıb. Ali Baş Komandanın əmri ilə buna xüsusi diqqət yetirilir”.

Poliqon.az

CATEGORIES
TAGS