Xəbərlər

Şuşada Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü qeyd olunub

Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü münasibətilə Şuşa şəhərində təntənəli  tədbir keçirilib.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş Azərbaycan xalqının igid oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni ifa olunub.

Tədbirdə faşizm üzərində qələbənin qazanılmasında Azərbaycan xalqının müstəsna xidmətlərindən, Azərbaycanın milli atıcı diviziyalarının tarixi və şanlı döyüş yolu barədə ətraflı məlumat verilib.

Hərbi orkestr müharibə illərinin mahnı və hərbi marşlarını ifa edib.

Mərasim şəxsi heyətin şəhərdə təntənəli keçidi ilə başa çatıb.

Back to top button