Səudiyyə Ərəbistanı “Patriot” komplekslərini “Abakan” ZRK ilə əvəz etmək istəyir

Səudiyyə Ərəbistanı “Patriot” komplekslərini “Abakan” ZRK ilə əvəz etmək istəyir

Səudiyyə Ərəbistanı səlahiyyətliləri, ballistik traektoriyalı yüksək sürətli yüksəklikdəki hədəfləri ilə mübarizə aparmaq üçün dünyanın ilk ixtisaslaşdırılmış sistemi olan “Abakan” zenit-raket kompleksinə (ZRK) maraq göstərir.

“Poliqon” “Qazeta.ru”ya istinadən xəbər verir ki, səudiyyəli hərbi mütəxəssislər “Abakan” kompleksini əldə edərək Səudiyyə ordusundakı ABŞ istehsalı “Patriot” ZRK-ni əvəzləməyi planlaşdırırlar.

Artıq Moskva və Ər-Riyad rəsmi nümayəndələri arasında “Abakan” ZRK əldə edilməsi imkanı ilə bağlı bir sıra ilkin məsləhətləşmələr və danışıqlar keçirilib. “Abakan” ZRK-nin reklam pasportu və ixrac görünüşü pasportu kimi sənədləri artıq hazırdır.

Səudiyyəli hərbi ekspertlər hesab edirlər ki, “Abakan” ZRK öz ixtisaslaşmasına görə, krallığın taktiki və əməliyyat-taktiki ballistik raketlərdən müdafiə sahəsində demək olar ki, bütün narahatlıqlarını aradan qaldıra biləcək.

Xatırladaq ki, yeni 98N6E “Abakan” ZRK ilk dəfə Rusiyanın paytaxtında 23-29 avqust 2020-ci il tarixlərində keçirilən “Armiya-2020” Beynəlxalq hərbi-texniki forumunda təqdim edilib.

Kompleks, çoxfunksiyalı bir radiolokasiya stansiyası (RLS) və uzaqmənzilli zenit idarə olunan raketləri (ZIR) olan iki 51P6E2 buraxma qurğusundan ibarət “yüksək mobillikli çoxkanallı strateji olmayan raketdən müdafiə sistemli zenit raket kompleksi” olaraq təqdim olunub.

Qeyd ed’k ki? 51P6E2 buraxma qurğusu, S-300V ZRK-nin artilleriya qurğusunun 9M82MDE raketləri və BAZ-6909.60 şassisi ilə birləşməsini özündə tərənnüm edir. Onu da qeyd etmək vacibdir ki, əvvəllər BAZ təkərli şassi üzərində S-300V sistemlərinin yerləşdirilməsini yalnız gələcək hava hücumundan müdafiə sistemlərinin perspektivli maşınlarının və buraxma qurğularının təsvirlərində görmək olardı. İndi isə, ilk dəfə olaraq BAZ avtomobil platformasında “Novator” konstruktor bürosunun raketdən müdafiə sistemi olan buraxma qurğusu açıq şəkildə nümayiş etdirilir. Zahiri olaraq, “Abakan” ZRK-nin özüyeriyən buraxma qurğusu ən yeni S-500 “Prometey” hava hücumundan müdafiə/raketdən müdafiə sisteminin analoji qurğusuna bənzəyir.

Kompleks ixracat üçün təklif olunur və bunun yalnız Əlcəzair, Misir və Hindistan kimi rus silahlarının ənənəvi alıcıları üçün maraqlı olacağını güman etmək olmaz. Yuxarıda qeyd edilmiş danışıqlar və məsləhətləşmələr kompleksin həm də Rusiya müdafiə sənayesinin yeni “raket təhlükəli” Səudiyyə Ərəbistanı kimi bazara iddia etdiyini söyləməyə əsas verir.

51P6E2 buraxma qurğusunun əsas taktiki-texniki göstəriciləri: məhv ediləcək hədəflərin minimal effektiv səpələnmə səthi – 0,02 metr; əməliyyat-taktiki ballistik raketlərin maksimal məhv edilmə dairəsi – 30 km; ballistik hədəflərin məhv edilməsinin maksimal hündürlüyü – 25 km; bir hədəfə tuşlanan raketlərin sayı – 2 ədədə qədər; buraxma qurğusunda eyni vaxtda yerləşdirilən 9M82MDE raketlərinin sayı – 2 ədədə qədər; ZRK hazırlıq müddəti – 7,5 saniyə; buraxma arasındakı interval – 2 saniyəyə qədər; döyüş dəsti ilə birlikdə kütləsi – 53,5 ton; döyüş heyəti – 2 nəfərə qədər; yürüş vəziyyətindən döyüş vəziyyətinə və əksinə keçirilmə müddəti, minimal – 6 dəqiqədən çox olmayaraq; şossedə maksimal hərəkət sürəti – 60 km/saata qədər; asfalt və ya beton örtüklü şossedə yanacaq üzrə gediş ehtiyatı – 500 km (sonradan qaz-turbin güc qurğusunun 2 saat ərzində işləməsi ilə).

ah2 1 ah3 ah4

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS