Xəbərlər
Şuşada müxtəlif növ silah və sursat tapılıb

Şuşa Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları Dövlət Təhlükəsizlik Xidmətinin müvafiq qurumları ilə birgə işğaldan azad edilmiş ərazilərdə partlamamış silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər keçirib.
Bu barədə “Poliqon”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Birgə keçirilən tədbirlər zamanı Şuşa şəhəri ərazisindən 11 ədəd müxtəlif növ raket qurğusu, 4 ədəd qumbaraatan, 1 ədəd avtomat, 14 ədəd müxtəlif növ qumbara, 4 ədəd qumbaraatan mərmisi, 32 ədəd avtomat darağı, 1 ədəd rabitə qurğusu, 19 140 ədəd müxtəlif çaplı patron və digər döyüş sursatları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.




