“Suxoy”un ilk “Sukhoi Superjet 100”ləri “Aeroflot”da uçuşlara başladı

Rusiyanın “Aeroflot” mülki aviasiya şirkəti 5 ədəd “Sukhoi Superjet 100” hava gəmisinin istismarına başlayıb. “AzeriDefence” saytının “Suxoy” şirkətinə istinadən verdiyi məlumata görə, lizinq şərtləri ilə “Aeroflot”a satılmış təyyarələr 87 sərnişin üçün nəzərdə tutulub. 12 sərnişin yeri biznes-klass, 75-i isə ekonom-klass təyinatlıdır. Ümumiyyətlə isə “Aeroflot” bu tip 30 təyyarə sifariş edib.

“Suxoy Mülki Təyyarələr” şirkətinin prezidenti Vladimir Prisyajnyuk bildirib ki, təmsil etdiyi qurumun istehsalı olan “Sukhoi Superjet 100”un “Aeroflot”un təyyarə parkında əsas yerlərdən birini təşkil etməsindən məmnundurlar.

CATEGORIES