T-90M “Prorıv” tanklarının növbəti partiyası Rusiya Ordusuna çatdırılıb

T-90M “Prorıv” tanklarının növbəti partiyası Rusiya Ordusuna çatdırılıb

“Uralvaqonzavod” (UVZ) şirkəti T-90M “Prorıv” tanklarının növbəti partiyasını Rusiya Müdafiə Nazirliyinə təhvil verib.

“Poliqon” xəbər verir ki, bu barədə Rusiyanın “Rostex” Dövlət Korporasiyası məlumat yayıb.

Məlumatda bildirilib ki, müasir əsas döyüş tanklarından olan T-90M yeni qüllə, aktiv müdafiə sistemi və daha güclü mühərrik ilə təchiz olunub. Tankın yeni nəsil avadanlıqları və elektro-optik nişangahı tuşlayıcıya hər cür hava şərtlərində gecə/gündüz dəqiq atəş açmaq imkanı verir.

Həmçinin T-90M tankına real vaxt rejimində digər nəqliyyat vasitələri ilə informasiya mübadiləsinin aparılmasına şərait yaradan yeni nəsil rabitə avadanlıqları da quraşdırılıb.

Şirkət nümayəndəsi qeyd edib ki, Rusiya Müdafiə Nazirliyi tərəfindən verilən sifarişlərin vaxtında çatdırılması üçün UVZ-nin Nijni Tagildə yerləşən istehsal müəssisəsi və işçiləri gecə-gündüz dayanmadan çalışırlar.

Poliqon.az

CATEGORIES
TAGS